Mehriban Əliyeva Avropa çempionunu təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva qadın şahmatçımız Ülviyyə Fətəliyevanı Rodos adasında keçirilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib. “Əziz Ülviyyə! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!", - deyə Mehriban Əliyevanın paylaşımında qeyd edilib. Gəncəli iti zəka sahibi şəxsi Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.
Vüsalə Cənnətova