Mehriban Əliyeva xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib
2021-05-01 14:06
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında Pasxa bayramı münasibətilə Azərbaycandakı xristian icmasına təbrik paylaşımı edilib. "Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram! Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!" - deyə təbrikdə qeyd olunur.
Vüsalə Camal