Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı təbrik paylaşımı edib
2021-10-18 14:00
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. "Bütün Azərbaycan xalqını bu bayram münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirəm. Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!", - deyə paylaşımda deyilib.
Fərid Mehdiyev