Mehriban Əliyeva mülki şəxslərin Kəlbəcərdə həlak olması ilə bağlı başsağlığı verib
2021-06-05 10:00
"Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyevin vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür". Birinci vitse-prezident Mehriban Əliyevanın paylaşımında Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistanın bundan imtina etdiyi və beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam etdiyi də vurğulanıb.
Nərgiz camal