Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Özbəkistan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan "Xərçəngdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların həyatda qalması üzrə qlobal hərəkat" adlı xüsusi sessiyada iştirak edib.