Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
2021-03-08 12:00
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib. “Əziz qadınlar! Zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz. Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm", deyə paylaşımda qeyd edilib.
Vüsalə Camal