Canlı
MDB PA-nın müşahidəçiləri Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək

2018-02-13 / 12:02

Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün MDB Parlamentlərarası Assambleyasının Şurasının sədri Valentina Matviyenkoya dəvət göndərib. Parlamentlərarası Assambleya Azərbaycana üzv ölkələrin parlamentarilərindən, eləcə də MDB PA Katibliyinin və Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun əməkdaşlarından ibarət müşahidəçi qrupu göndərəcək.

Ruhəngiz Hacızadə