MDB missiyası Azərbaycanda prezident seçkilərini müşahidə edəcək
MDB Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə, həmçinin, Belarusda keçiriləcək parlament və yerli parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır. Bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib. Onun sözlərinə görə, bu günə qədər müşahidəçi missiyasının göndərilməsi üçün yazılı dəvət yalnız Bakıdan alınıb.
Fərid Mehdiyev