Mbappe Messini oyununu dəyişməkdə ittiham edib
Parisin PSJ komandasının və Fransanın futbol üzrə millisinin hücumçusu Kilian Mbappe Messi haqqında danışıb. O, bildirib ki, argentinalı hücumçu Lionel Messi Fransa klubuna keçərək oyununu dəyişib. “Mən Messi ilə oynadım. PSJ-də o, “Barselona”dakı kimi oyunçu deyildi. Bu, ona Dünya Kubokunu, kollektiv və fərdi titulları qazanmağa imkan verdi”, - deyə fransalı forvard bildirib.
Emin İsazadə