Mayda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 143 min 500 nəfəri keçib
2024-cü ilin mayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 143 min 500 nəfərdən çox olub. Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, onların 108 min 500-dən çoxu yaşa, 14 min 500-dən çoxu əlilliyə, 20 min 700-dən çoxu isə ailə başçısını itirməyə görə pensiya alıb.
Vüsalə Cənnətova