Mayın yarısı qeyri-iş günüdür
2020-05-01 12:06
Bu ay istirahət günləri də daxil olmaqla beşgünlük iş həftəsində çalışanlar üçün 14, altıgünlük iş həftəsində çalışanlar üçün isə 9 qeyri-iş günü var. Belə ki, 9 May – Faşizm üzərində Qələbə günü; 24 - 25 may – Ramazan bayramı; 28 May – Respublika Günü kimi qeyd olunur. 9 May şənbə günü olduğundan, beşgünlük iş həftəsində çalışanlar üçün 11 may tarixi qeyri-iş günüdür. Bundan başqa, 24 may tarixi də həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 26 may tarixi iş günü deyil.
Vəfa Şairova