Maskalı şəxslər kişini döyərək 5000 manatını ələ keçiriblər
Göyçayda zərərçəkən şəxs polisə müraciət edərək maskalı şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürdüklərini bildirib. Əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova