Masazırda hərbi sursatların aşkar edilib
Masazırda hərbi sursatlar aşkar olunub. FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti əraziyə cəlb edilib. Baxış zamanı 13 ədəd F-1 əl qumbarası, 12 partladıcı, müxtəlif çaplı 61 mərmi tapılıb. Sursatlar ərazidən götürülərək zərərsizləşdirilib. Əlavə təhlükəli əşya aşkarlanmayıb.