Masallı sakini həmkəndlisini qətlə yetirib
Masallının Yeddioymaq kəndində Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanov qətlə yetirilib. 1994-cü il təvəllüdlü Aslan Ağazadənin mübahisə zamanı odlu silahdan atəş açmaqla və bıçaqla xəsarətlər yetirərək həmkəndlisini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, Aslan Ağazadə şübhəli şəxs qismində tutulub.
Zülfiyyə Telmanqızı