Masallı sakini Bakıda 11 kiloqramdan çox narkotiklə tutuldu
Bakıda Masallı rayon sakini, əvvəllər məhkum olunan Orxan Məmmədovun avtomobilindən 11 kiloqramdan çox narkotik aşkarlanıb. Ondan 50 ədəd metadon həbi götürülüb, maşınından isə daha 300 ədəd metadon həbi aşkarlanıb. Narkotik vasitələrin 2 kiloqram 538 qramı heroin, 1 kiloqram 517 qramı metamfetamin, 7 kiloqramdan artığı isə marixuana olub.
Fərid Mehdiyev