Masallıda yanğın hadisəsi olub
2021-11-05 10:05
Masallıda yanğın hadisəsi olub. Rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli dönərxananın yanar konstruksiyaları 30 m² sahədə, içərisində 2 ədəd soyuducu və 1 ədəd dönərbişirən avadanlıq yanıb. Dönərxananın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fərid Mehdiyev