Masallıda qonşu kənddən qoyun oğurluğu edən həmkəndlilər saxlanıldılar
Masallı rayonunun Bədəlan kəndində yerləşən fermadan ümumi dəyəri 10840 manat olan 32 baş qoyunun oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını törətməkdə şübhəli bilinən rayonunun Sirəbil kənd sakinləri V. Şahmarov və İ. Əhmədli saxlanılıblar. Faktın araşdırılması davam edir.