Masallıda qəza olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

2019-08-12 12:17

Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. İki minik avtomobilinin toqquşması zamanı 50 yaşlı Vidadi Əzimov ölüb. 44 yaşlı Masallı sakini Mürşüd Nəsirov, eləcə də Lənkəran sakinləri - 41 yaşlı Aynur Əzimli, 23 yaşlı Nicat Əzimli yaralanıblar. Onlar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Vəfa Şairova