Masallıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
2020-10-10 15:07
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları Masallıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad sakinini saxlayıb. Əvvəllər məhkum olunan şəxsdən 11 qramdan artıq tiryək, avtomobilindən 5 kiloqram 165 qram heroin, 545 qram tiryək və 191 qramdan artıq metamfetamin, habelə yaşadığı evdən 335 qramdan artıq marixuana götürüblər.
Nərgiz Camal