Masallıda narkotiklə əlaqəli 2 nəfər saxlanılıb
2021-05-25 16:12
Masallıda narkotik bitkilər yetişdirməkdə şübhəli bilinən rayonun Nəzəroba kənd sakini Elman Zamanov saxlanılıb. Onun yaşadığı evin həyətindəki istixanada 60 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb. Digər əməliyyatla Niyazi Quliyev də saxlanılıb. Üzərindən və yaşadığı evdən hazır bükümlərdə qablaşdırılmış heroin və metamfetamin aşkar edilib.
Nərgiz camal