Masallıda Mercedes Vito Kamaz-a çırpılıb, 8 nəfər ölüb

2019-07-09 12:10

Masallı rayonunda "Mercedes Vito" markalı miniven "KAMAZ" markalı yük avtomobilinə çırpılıb. Ağır qəza 8 nəfərin ölümünə səbəb olub. Onlardan 2-si qadın, 3-ü kişi, digər 3-ü məktəblidir. Daha iki nəfər isə xəsarət alıb. Yaralılar Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, qəzaya düşənlər iki ailənin üzvləridir və toya gedirmişlər.

Vüsalə Camal