Masallıda bir neçə evdən oğurluq edən şəxs saxlanılıb
Masallı rayonunun Boradigah qəsəbəsi, Bədəlan və Qızılavar kəndlərində 8 ünvandan ümumilikdə 2000 manat dəyərində 4 velosiped, məişət və kənd təsərrüfatı alətləri oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən 27 yaşlı İ.Əzizov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

