Masallının Boradigah qəsəbəsində Lənkəran sakini 1999 - cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' yoldan çıxaraq su kollektoruna aşıb. Xilasedicilər avtomobildə olan sürücü və iki nəfər sərişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Sürücü ciddi xəsarət almasa da avtomobildə olan sərnişinlər Lənkəran sakinləri 1999 - cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001 - ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadə boğularaq ölüblər. Şəmkirin Çinarlı qəsəbəsində isə ötən gün baş verən qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb. Həkimlərin səyinə baxmayaraq, 1994-cü il təvəllüdlü Orxan Cəfərov səhər saatlarında dünyasını dəyişib. Digər xəsarət alanlar - 2003-cü il təvəllüdlü Rəşad Məmmədəliyev,1996-ci il təvəllüdlü Röyal Haqverdiyev və 2002-ci il təvəllüdlü Samir Aliyevin vəziyyətinin kafi olduğu bildirilir.