Masallıda 5 nəfər qidadan zəhərlənib
2021-05-28 12:08
Masallının Şərəfə kəndində 5 nəfər zəhərlənib. Zəhərlənən şəxslərin üçü bir ailədən, ikisi yaxın qohumlar olub. Gecə saatlarında vəziyyətləri ağırlaşdığından onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yüksək hərarət, ürəkbulanma ilə daxil olan xəstələrə ilkin olaraq qida zəhərlənməsi diaqnozu qoyulub. İlkin məlumata görə, onlar təzə yetişdirilən pomidordan istifadə ediblər.
Vüsalə Camal