Masallı və Sumqayıtda oğurluq faktları: iki şəxs saxlanılıb
Polis Masallının Qodman kəndində əvvəllər məhkum olunmuş 33 yaşlı Yasin Mürşüdov tutub. O, iki evdən ümumilikdə 3 min 300 manat dəyərində qızıl və pul oğurlamaqda şübhəlidir.
Sumqayıt şəhər sakini polisə müraciət edərək itirdiyi bank kartından pul vəsaitinin talandığını bildirib. bank kartından pul oğurlanıb. Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən F.Ələkbərov saxlanılıb.
Hər iki faktla bağlı araşdrıma aparılır.

