Masallı sakini tüfəngdən açılan atəş nəticəsində ölüb
Lerikin Vamazqon kəndində Masallı sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub. İlkin məlumata görə hadisə Lerik sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.