"Martuni şəhərində yerləşən hərbi hissədə tank əleyhinə tağımda olmuşam”- Albert
2020-10-23 14:01
"Martuni şəhərində yerləşən hərbi hissədə tank əleyhinə tağımda olmuşam. Hərbi hissədə kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Muzdlular hər ay 600 dollar pul alırdılar", deyə Albert bildirib. Əsir düşən digər erməni hərbiçi isə deyib ki, ailəsi ilə Rusiyada yaşayıb. Döyüşlər başlamamışdan əvvəl Ermənistana dönərək vizasının vaxtını artırmaq istəyib, ancaq onu zorla, həbslə hədələyərək Qarabağa döyüşə yollayıblar.
Nərgiz Camal