Martda 16 gün iş olmayacaq
Martda 16 gün iş olmayacaq. Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü, 20-24 mart tarixləri isə Novruz bayramı günləridir. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə ayın 25 və 26-ı da qeyri-iş günləridir.
Vüsalə Cənnətova