Martın 20-dək fermerlərin kartlarına subsidiyaların növbəti transı köçürüləcək
2020-03-02 14:02
Bu günədək 179 min "Fermer kartı" çap olunaraq bölgələrə göndərilib. Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, fermerlər “Kapital Bank”ın filiallarına yaxınlaşaraq sözügedən kartları əldə edə bilərlər. Artıq məlumatları təsdiqlənən yoxlamadan keçən fermerlərə subsidiyaların ilk tranşı köçürülüb və mart ayının 20-dək digər məbləğlərin də köçürülməsi nəzərdə tutulur.
Nərgiz Camal