"Marsel" - "Qarabağ" oyunu məhdud sayda azarkeşlə keçirilə bilər
2021-12-28 12:00
Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu məhdud sayda azarkeş izləyə bilər. Bu, Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərlə əlaqədardır. Qərara əsasən, qapalı məkanlarda 2 000 nəfərdən, açıq havada isə 5 000 nəfərdən çox tamaşaçı iştirak edə bilməz. "Marsel - "Qarabağ" oyunu fevralın 17-də "Velodrom" stadionunda olacaq. Cavab görüşü isə fevralın 24-də Bakıda təşkil ediləcək.
Fərid Mehdiyev