Mars planetinin indiyədək çəkilən ən detallı panoraması yayımlanıb
2020-03-07 12:05
Mars planetinin indiyədək çəkilən ən detallı panoraması yayımlanıb. NASA-nın yaydığı panorama 1 200 şəkildən ibarətdir. Fotolarda Şarp dağının yamacında yerləşən Qlen Torridon bölgəsi təsvir edilib. Panoramanı qırmızı planetə göndərilən cihaz çəkib. O, planetin səthini ötən il noyabrın 24-dən dekabrın 1-dək çəkib.
Nərgiz Camal