"Mariupolu blokadadan çıxara bilərik" - Zelenski
2021-04-12 10:12
Ukrayna kifayət qədər ağır silah alacağı təqdirdə Mariupol şəhərini blokadadan çıxara bilər. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi videomüraciətində deyib. "Biz hələ də tərəfdaşlarımızdan silah tədarükündən asılıyıq. Təəssüf ki, öz torpağımızda düşməni tamamilə məhv etmək üçün bu müharibəni tez bir zamanda bitirmək üçün lazım olan qədər vəsait almamışıq", - dövlət başçısı bildirib. Onun sözlərinə görə, silahların tədarükündə gecikmələr vaxt itkisi deməkdir.
Fərid Mehdiyev