Mario Qötzenin karyerasını davam etdirəcəyi klub müəyyənləşib
2020-10-07 15:08
Futbol üzrə Almaniya millisi ilə dünya çempionu olan Mario Qötzenin karyerasını davam etdirəcəyi klub müəyyənləşib. Dortmund “Borussiya”sı ilə müqaviləsi bu yay başa çatan yarımmüdafiəçi Niderland çempionatında çıxış edəcək. 28 yaşlı futbolçu PSV ilə müqavilə imzalayıb. Anlaşma 2022-ci ilin yayına qədər nəzərdə tutulub. O, Eyndhoven təmsilçisinə azad agent kimi keçib.
Vüsalə Camal