Mariano Diasdan götürülən koronavirus testininin nəticəsi müsbət çıxıb
2020-07-28 18:08
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Mariano Diasdan götürülən koronavirus testininin nəticəsi müsbət çıxıb. Virus aşkarlanan hücumçu dərhal karantinə alınıb. 27 yaşlı forvard bu səbəbdən komandasının Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" ilə cavab oyununun hazırlıqlarından kənarda qalacaq.
Vüsalə Camal