Canlı
Marianna Vardinoyannis “Dostluq” ordeni ilə təltif edilib

2017-12-29 / 16:01

Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis “Dostluq” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin digər sərəncamları ilə Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert İlatov, Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kıdırəli də “Dostluq” ordeninə layiq görülüb. Dünya Azərbaycanlılarının Həmrəylik Günün münasibətilə bir qrup şəxs də tltif edilib.

Vüsalə Camal