"Mançester Siti"dən yeni rekord
İngiltərənin "Mançester Siti" klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. "Şəhərlilər" buna səfərdə Danimarkanın "Kopenhagen" komandasına turnirin 1/8 final mərhələsinin ilk oyununda 3:1 hesabı ilə qalib gəlməklə nail olub. Xosep Qvardiolanın baş məşqçisi olduğu kollektiv qitənin bir nömrəli klub turnirində ardıcıl 9-cu matçda qələbə qazanıb. Bunların yeddisi cari, ikisi isə əvvəlki mövsümdə olub. Bu, İngiltərə təmsilçiləri arasında yarışda ən uzunmüddətli qələbədir.
Vüsalə Cənnətova