Manuel Noyer Avropa çempionatlarının tarixinə düşüb
Futbol üzrə Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatlarının tarixinə düşüb.
O, qitə turnirlərində ən çox meydana çıxan qolkiper adını qazanıb. 38 yaşlı dəri əlcək sahibi AVRO-2024-ün qrup mərhələsinin III turunun İsveçrə ilə görüşündə bu uğura imza atıb. Noyer qitə çempionatlarında 18-ci oyuna çıxmaqla italiyalı qapıçı Canluici Buffonu geridə qoyub.
Zülfiyyə Telmanqızı