Manchester City futbolçusu ilə 2023-cü ilin yayına qədər olan müqaviləni uzadıb
2021-04-07 16:02
Manchester City futbolçusu Kevin De Brüyne ilə 2023-cü ilin yayına qədər olan müqaviləni uzadıb. Belçikalı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub. 30 yaşlı futbolçu bu mövsüm "şəhərlilər"in heyətində 33 oyuna 8 qol vurub, 16 məhsuldar ötürmə edib.
Vəfa Şairova