"Mançester Yunayted" tarixinin ən pis başlanğıclarından biri
Mançester Yunayted yeni mövsümə çox zəif başlayıb. Erik ten Haqın komandası mövsümün ilk 15 matçının 8-də məğlub olub. “Opta”- nın məlumatına görə, bundan daha pis nəticə 1962/1963-cü il mövsümündə olub. Həmin vaxt “qırmızı şeytanlar” mövsümün ilk 15 matçından 9-da uduzub. “Mançester Yunayted” İngiltərə Liqa kubokunda da “Nyukasl”a məğlub olaraq kubokla vidalaşıb.
Emin İsazadə