"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasında yeni rekord müəllifi olub
2020-01-13 14:08
"Mançester Siti"nin futbolçusu Serxio Aquero İngiltərə Premyer Liqasında yeni rekord müəllifi olub. 32 yaşlı hücumçu çempionatda ən çox het-trik edən futbolçu kimi tarixə düşüb. Argentinalı forvard 22-ci turda səfərdə "Aston Villa"nı 6:1 məğlub etdikləri oyunda rəqib qapısından 3 top keçirə bilib. Bu onun Premyer Liqada 12-ci het-triki olub. Aquero bu göstəricidə ingiltərəli Alan Şireri geridə qoyub.
Ruhəngiz Hacızadə