"Mançester Siti" Bernardo Silva ilə müqavilənin müddətini uzadıb

2019-03-14 / 12:22

"Mançester Siti" Bernardo Silva ilə müqavilənin müddətini uzadıb. Tərəflər arasında yeni müqavilənin müddəti 2025-ci ildə başa çatacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi ilə əvvəlki sözləşmənin müddəti 2022-ci ildə bitirdi. Prineyli oyunçu iki il əvvəl Fransanın "Monako" klubundan 43 milyon funt-sterlinqə transfer olunub.

Vəfa Şairova