Malatyada zəlzələdə 2 nəfər ölüb, 140 nəfər xəsarət alıb
Malatyada ötən gün 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. 12-nin vəziyyəti ağır olmaqla 140 nəfər xəsarət alıb, dağıntılar altından isə 32 nəfər xilas edilib.
Fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər fəaliyyətini davam etdirir. Könüllü gənclərimiz çörəkbişirmə və paylama məntəqəsində fəaliyyətə başlayıb, habelə ucqar kəndlərə səfər edərək, humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak ediblər.
Nərgiz Camalzadə