Maks Ferstappenin sürətini çatan yoxdu
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatının 21-ci mərhələsinin - Braziliya Qran prisinin qalibi olub. İkinci yeri “McLaren” komandasının üzvü Lando Norris tutub. İlk "üçlüy"ü "Aston Martin"dən Fernando Alonso tamamlayıb. Ferstappen cari mövsüm 17-ci, ümumilikdə isə 52-ci qələbəsini qazanıb.
Emin İsazadə