Maks Ferstappen yeni rekorda imza atıb
Niderlandlı pilot Maks Ferstappen “Formula 1” üzrə dünya çempionatında yeni rekorda imza atıb. O, bir mövsümdə ən çox qələbə qazanan sürücü kimi tarixə düşüb. Braziliya Qran-prisinin qalibi olan Ferstappen mövsüm ərzində baş tutan 21 mərhələnin 17-də finişə birinci çatıb. Üçqat dünya çempionu karyerası ərzində isə 52-ci dəfə Qran-prinin qalibi olub.