Mahir komandasını məğlubiyyətdən xilas edib
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunda növbəti qolunu vurub. 26 yaşlı hücumçu səfərdə "Varajdin"ə qarşı keçirdikləri çempionatın 14-cü turunun matçında fərqlənib. 75-ci dəqiqədə meydana çıxan Emreli 90+5-ci dəqiqədə Zaqreb təmsilçisini məğlubiyyətdən xilas edib. Bu, Mahirin cari mövsüm "Dinamo"da 5-ci qoludur. Görüş isə 1:1 hesabı ilə yekunlaşıb.
Emin İsazadə