Mahir Emrelinin Türkiyə "Konyaspor"una transferinin detalları bəlli olub
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiya "Dinamo"sundan Türkiyə "Konyaspor"una transferinin detalları bəlli olub. Forvardla cari mövsümün sonunadək müqavilə imzalayan Konya klubu ölkədəki zəlzələ ilə əlaqədar keçidi sosial şəbəkə hesablarından açıqlamayacaq. Həmçinin klub futbolçunu yalnız Türkiyədəki çıxışı uğurlu olacağı halda yayda birdəfəlik transfer edəcək. Mahirin "Dinamo" ilə 2026-cı ilin iyununa kimi müqaviləsi var.
Vəfa Şairova