Mahir Emrelinin qolu ML-da turun ən yaxşısı adına namizəddir
2021-06-16 12:13
UEFA Millətlər Liqasında IV turun ən yaxşı qolu adına namizədlər açıqlanıb. Onların arasında Mahir Emrelinin Belarusa qarşı C Liqasının qrup mərhələsində vurduğu qol da yer alıb. Emreli ilə yanaşı, Macarıstan millisindən Daniel Qazdaq, Şimali Makedoniya yığmasından Enis Bardi və Niderland seçməsindən Noa Lanq da turun ən yaxşı qolunun müəllifi adına iddia edirlər.
Nərgiz camal