Mahir Emrelinin komandasına hücum edilib, iki legioner xəsarət alıb
2021-12-13 10:12
Polşanın "Legiya" klubunun azarkeşləri "Visla"ya 0:1 hesabı ilə uduzduqları çempionatın 18-ci turunun oyunundan sonra futbolçulara hücum edib. Fanatlardan bir neçəsi avtobusa daxil olaraq qarşıdurmaya səbəb olublar. Nəticədə komandanın iki legioneri xəsarət alıb. Onların adı açıqlanmayıb. "Legiya"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.
Fərid Mehdiyev