Mahir Emrelinin durumu haqqında yeni məlumatlar yayılıb
2021-12-15 18:12
Polşanın "Legiya" klubunda azarkeşlərin hücumuna məruz qalan Mahir Emrelinin durumu haqqında yeni məlumatlar yayılıb. 24 yaşlı hücumçu hadisədən sonra xəstəxanada müayinədən keçib. Forvardın baş nahiyəsində şiş əmələ gəldiyi müəyyənləşib. O, bu səbəbdən ötən gün komandanın məşqində iştirak etməyib və bu gün "Zaqlembe" ilə matçda oynamayacaq.
Nərgiz camal