Mahir Emrelinin "Dinamo"dakı taleyi xorvatiyalı hücumçudan asılıdır
Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer dönəmindən sonra Xorvatiyanın "Dinamo" Zaqreb klubunda qala bilər. Ölkə çempionu mundialdan sonra xorvatiyalı Bruno Petkoviçi satsa, Emreli və digər forvard Yosip Drmiçi komandada saxlayacaq. Mahir Emreli bu ilin yayında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb. Əsas heyətə düşməkdə çətinlik çəkən hücumçunun qışda komandanı tərk edəcəyi gözlənilir.